Avropa İttifaqı makromaliyyə yardımı proqramı çərçivəsində Ukraynaya daha 1,5 milyard avro ayırıb.
Bu barədə çərşənbə axşamı Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen bildirib.
"Bu gün biz Ukraynaya illik makro-maliyyə yardım paketimizin bir hissəsi olaraq daha 1,5 milyard avro təqdim edirik" - Ursula fon der Leyen deyib.