Bolton ABŞ-ı Cənubi Koreyada taktiki nüvə silahı yerləşdirməyə çağırıb

11:58 - 25 Aprel 2023 - DÜNYA

ABŞ KXDR-ə aydın siqnal göndərmək üçün Cənubi Koreyada növbəti dəfə taktiki nüvə silahı yerləşdirməlidir.

Ucnoqta.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib.

"Taktik nüvə silahlarının yarımadaya qaytarılması bizim Şimali Koreyanı cilovlamağımızın bariz sübutu olacaq" - Seulda Asan Siyasət Tədqiqatları İnstitutunun ev sahibliyi etdiyi forumda Reuters-ə deyib.

Bolton deyib ki, ABŞ-ın taktiki nüvə silahlarının yenidən yerləşdirilməsi Cənubi Koreyalıları arxayınlaşdırmağa kömək edəcək. 

ABŞ 1958-ci ildə Cənubi Koreyada taktiki nüvə silahı yerləşdirib və 1991-ci ildə isə onları çıxarıb.

Xəbər xətti