Pentaqon ABŞ Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Kiber Milli Missiya Qüvvələrinin (CNMF) 43 üzvünü Ukraynaya göndərib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters agentliyinə istinadən ABŞ Silahlı Qüvvələrinin Kiber Komandanlığının bölmələrindən birinin rəhbəri general Uilyam Hartman bildirib.
ABŞ 2018-ci ildən kibertəhlükələrlə mübarizə aparmaq üçün başqa ölkələrə kompüter alimləri göndərir və o vaxtdan Albaniya, Şimali Makedoniya, Ukrayna, Xorvatiya, Monteneqro və Estoniya da daxil olmaqla 20 ölkədə 47 belə əməliyyat keçirib.