Bundesver Sudandan daha 100 nəfəri təxliyə edib

10:13 - 25 Aprel 2023 - DÜNYA

Almaniya Silahlı Qüvvələri Sudandan daha 100 nəfəri - Almaniya və digər dövlətlərin vətəndaşlarını çıxarıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Almaniya Silahlı Qüvvələrinin nümayəndəsinə istinadən DPA agentliyi məlumat yayıb.

Sudandan İordaniyaya beşinci təxliyə reysi həyata keçirilib. Ümumilikdə, Sudanda vəziyyətin gərginləşməsi başlayandan bəri Bundesver oradan 500-ə yaxın insanı təxliyə edib.

Suveren Şuraya rəhbərlik edən ordu komandiri Əbdülfəttah əl-Burhan ilə onun müavini olan xüsusi təyinatlılar rəhbəri Məhəmməd Həmdan Daqalo (Həmidti) arasındakı fikir ayrılığı Sudanda vəziyyətin gərginləşməsinə səbəb olub. 

Xəbər xətti