Baydenin seçki kampaniyasının rəhbəri məlum olub

08:55 - 25 Aprel 2023 - DÜNYA

ABŞ prezidenti Co Baydenin gələcək seçki kampaniyasının rəhbəri baş müşavir Juli Çavez Rodrigez təyin oluna bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Politico məlumat yayıb.

Bayden aprelin 25-də seçki yarışında iştirakı barədə ictimaiyyətə rəsmi məlumat verəcək.

Məlumata görə, kampaniyanın rəhbəri Juli Rodrigez və onun müavini - 2022-ci ildə ABŞ Konqresinə seçkilərdə demokrat Rafael Uornokun kampaniyasına rəhbərlik edən Kventin Fulks olacaq.

Xəbər xətti