Avropa İttifaqı Ukraynaya 13 milyard avro dəyərində silah tədarük edib və 16 mindən çox ukraynalı hərbçiyə təlim keçib.
Ucnoqta.az xəbər verir ki, bu barədə bazar ertəsi Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josef Borel bildirib.
"Bu gün biz silah tədarükünün həcmini müzakirə etdik, mən hesab edirəm ki, onlar artıq 13 milyard avrodan artıq tədarük edilib. Biz Ukraynaya 1 milyon döyüş sursatı, artilleriya mərmisi və raket tədarük etmək vədimizi yerinə yetirməyə davam edirik. 1000-dən çox raket və sursat artıq göndərilib. Yeni silahların alınması istiqamətində də işlər davam edir. Bundan əlavə, dostum və həmkarım Breton tezliklə hərbi sənayenin inkişafı planını təqdim edəcək, lakin hələlik əlimizdə olanlarla kifayətlənməliyik".