Qazaxıstan xərclərə qənaət səbəbindən bu il Qələbə Günündə hərbi parad keçirməyi planlaşdırmır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, 2023-cü ildə Qazaxıstanda hərbi paradın keçirilməsi büdcəyə qənaət, eləcə də digər problemlərin həlli zərurətinə görə nəzərdə tutulmayıb. Xüsusilə, Qazaxıstan Silahlı Qüvvələrinin bölmələrinin döyüş hazırlığının və mobilliyinin lazımi səviyyədə saxlanılması prioritetdir.