Tacikistan hökuməti Meksika hakimiyyətindən prezidentə məxsus "Boeing 787-8" Dreamliner təyyarəsi alıb.
Ucnoqta.az xəbər verir ki, Meksika prezidenti Andres Manuel Lopez Obrador tvitter hesabında təyyarənin dəyərinin 1,66 milyard peso (92 milyon dollar) olduğunu bildirib.
O, sosial şəbəkədə yazıb: “Meksika xalqına məlumat verirəm ki, bu gün prezident təyyarəsinin satışı üzrə müqavilə bağlanıb.
Siyasətçinin sözlərinə görə, Tacikistan hökuməti Meksika tərəfinə “rəsmi hesablamaya uyğun olaraq” 1 658 684 400 peso ödəyib.
O, həmçinin bildirib ki, bu vəsait iki xəstəxananın tikintisinə sərf olunacaq.
Meksika hakimiyyəti 2019-cu ildən bəri "Boeing 787-8" Dreamlineri satmağa çalışır. Müxtəlif hesablamalara görə, bu təyyarə üçün 220 milyon dollardan 400 milyon dollara qədər pul ödənilib.
2018-ci ildə prezident olan Lopez Obrador bu təyyarədən istifadə etməyib və bir neçə dəfə ona yeni sahibi tapacağına söz verib.