Zelenski Rusiyaya qarşı sanksiyalar tətbiq edib

19:48 - 22 Aprel 2023 - DÜNYA

Ukrayna prezidenti Volodimir Zelenski bir sıra Rusiya partiyalarına və Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasına qarşı sanksiyalar tətbiq edib.

Ucnoqta.az xəbər verir ki, müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub.

Belə ki, siyahıya Rusiya Federasiyası Kommunist Partiyası, Liberal Demokrat Partiyası, “Ədalətli Rusiya – Vətənpərvərlər – Həqiqət naminə” və “Yeni İnsanlar” partiyaları daxildir. Bundan əlavə, Vahid Rusiya partiyası Kiyevin sanksiyaları altına düşüb.

Sənədə əsasən, sanksiyaya məruz qalan tərəflər digər məsələlərlə yanaşı, 10 il müddətinə aktivlərinin bloklanması, ticarət əməliyyatlarının məhdudlaşdırılması və qiymətli kağızlarla əməliyyatlara tam və ya qismən qadağa qoyulur. 

Ümumilikdə bu siyahıya 60 hüquqi şəxs daxildir. Eyni zamanda, onların bəziləri Ermənistan, Almaniya, İspaniya, Kipr, Birləşmiş Ərəb Əmirlikləri, Fransa və İsveçrədə, eləcə də Vircin adalarında qeydiyyatdadır.

Bundan əlavə, Zelenski 25 Rusiya vətəndaşına qarşı şəxsi iqtisadi sanksiyalar tətbiq edib.

Xəbər xətti