İspaniya altı "Leopard 2A4" tankı və zirehli transportyorunun ilk partiyasını Ukraynaya göndərib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Kantabriya muxtar icmasının Santander limanında avadanlıq Polşaya gedən yük gəmisinə yüklənib. Daha sonra tanklar Ukraynaya təhvil veriləcək.
Madrid daha 4 təmir edilmiş "Leopard" tankını Kiyevə göndərməyi planlaşdırır.