Ukraynanın gələcəyi NATO-ya üzvlüklə bağlıdır - Stoltenberq

15:56 - 20 Aprel 2023 - DÜNYA

Ukraynanın gələcəyi Alyansa üzv olmaqdır, lakin indi hərbi dəstək vermək lazımdır.

Ucnoqta.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Yens Stoltenberq Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib.
Alyansın baş katibi Vilnüs sammitinin bir çox səbəblərə görə əhəmiyyətli olacağını vurğulayıb.

“Ancaq bundan az olmayaraq, üzv ölkələrin Ukraynanı dəstəkləmək öhdəliyini bir daha təsdiqləmələrini gözləyirəm” - Stoltenberq deyib.

Xəbər xətti