Ermənistan parlamentində deputatlar arasında dava baş verib.
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, təhlükəsizlik xidməti kobud şəkildə müxalifət deputatlarını zaldan çıxarmağa və Taquhi Tovmasyanı tribunadan uzaqlaşdırmağa çalışır.
Taquhi Tovmasyan hakimiyyətin hərəkətlərinə etiraz olaraq parlament tribunasını tərk etməyəcəyini bəyan edir.
Bundan sonra hökumət deputatları Tovmasyanı tribunadan uzaqlaşdırmağa çalışsalar da, müxalifət deputatları işə qarışıb.