Dünyada ilk dəfə süni balıq əti istehsal edildi

13:27 - 20 Aprel 2023 - DÜNYA

İsrail alimləri balıq ətini 3D printerdə çap edərək süni şəkildə yenidən yarada biliblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.

Hazırlanan məhsulu dövlət başçısı Benyamin Netanyahu dadıb.

“Bu gün şirkət balıq istehsalı üçün 3D printerdən istifadə edən dünyada ilk şirkətdir. Baş nazir laboratoriyada istehsal olunan balıq və ətin dadına baxdı və müxtəlif printerlərə baxdı”, - deyə ofisdən bildirilib.

Baş nazirin sözlərinə görə, İsrail innovativ qida məhsulları üzrə liderdir və dövlət bu liderliyi saxlamaqda texnologiya şirkətlərinə və alimlərə kömək edəcək.

“Bu gün balıqdan alınmayan balıq ətini, inəkdən alınmayan inək əti yedik. Bu inqilabdır. İsrail alternativ zülallar üzrə dünya lideridir və biz onun liderliyini davam etdirməsini təmin edəcəyik. Tezliklə süni ət istehsalı üçün yeni icazələr və dünyanı dəyişəcək yeni yüksəkliklər olacaq”, - Netanyahu bildirib.

Xəbər xətti