Ermənistan KTMT missiyasını ölkədə yerləşdirməyə hazırdır - Paşinyan

12:41 - 20 Aprel 2023 - DÜNYA

"Ermənistan hakimiyyəti KTMT-nin missiyasını qarşılamağa və ölkədə yerləşdirməyə hazırdır"

Ucnoqta.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. O vurğulayıb ki, missiyanın fəaliyyəti səmərəli olmalıdır. "Biz narahatlığımızı bildirdik ki, məqsəd KTMT-nin mümkün missiyasının effektiv olmasıdır. Bu, həm Ermənistan, həm də region üçün vacibdir. Bu istiqamətdə işlər davam edir”, - Paşinyan bildirib.

Paşinyan xatırladıb ki, KTMT-nin Ermənistan qarşısında öhdəlikləri var.

Xəbər xətti