Buşehr AES mayın 21-dək fəaliyyətini bərpa edəcək

10:21 - 20 Aprel 2023 - DÜNYA

İranın Buşəhr şəhərindəki atom elektrik stansiyası bu il mayın 21-dək ölkənin ümumi elektrik şəbəkəsinə qayıdacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə ISNA agentliyinə müsahibəsində İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd İslami bildirib.

"Hazırda Buşehrdəki atom elektrik stansiyası yoxlanılır və yanacaqla yüklənir", - Eslami bildirib.

Fevralın 14-də elektrik stansiyası planlı texniki qulluq və istifadə olunan yanacağın bir hissəsinin dəyişdirilməsi məqsədilə müvəqqəti bağlanıb.

Xəbər xətti