Martın 14-də "Reaper" pilotsuz təyyarəsi ilə baş verən insidentdən sonra ABŞ-nın "Global Hawk" PUA-ları Qara dəniz üzərində uçuşlarını tamamilə dayandırıb.
Ucnoqta.az xəbər verir ki, pilotsuz təyyarələrinin Qara dəniz ərazisi üzərində uçuşlarının dayandırılması ilə bağlı qənaətləri RİA Novosti nəşrinin jurnalistləri Flightradar24 xidmətinin məlumatlarına əsaslanaraq veriblər.
"Qlobal Hawk"ın Krım yaxınlığında Qara dəniz üzərində sonuncu uçuşu martın 21-də baş tutub.
Martın 21-dən aprelin 20-dək Amerika PUA-ları Qara dəniz üzərindən cəmi üç dəfə və yarımadadan xeyli məsafədə keçib.
Qeyd edək ki, əvvəllər ABŞ-ın strateji pilotsuz təyyarələri Krım bölgəsində ayda 10-a qədər uçuş həyata keçirirdi.