Cənubi Koreya prezidenti ABŞ-a səfər edəcək

08:34 - 20 Aprel 2023 - DÜNYA

 Koreya Respublikasının Prezidenti Yon Sok Yol aprelin 24-29-da ABŞ-da dövlət səfərində olacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Məlumata görə, Yon Sok Yool və ABŞ prezidenti Co Bayden arasında görüş aprelin 26-da Ağ Evdə baş tutacaq.
Aprelin 27-də Cənubi Koreya lideri Konqresin hər iki palatasının birgə iclasında çıxış edəcək. Koreya Respublikası prezidentinin həmin gün ABŞ hərbi brifinqində iştirak edəcəyi gözlənilir. 

Xəbər xətti