Yəmənin paytaxtı Sənada ehtiyacı olanlara yardım etmək üçün mərkəzin yaxınlığında yaranmış izdiham nəticəsində 80-ə yaxın insan ölüb
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 200 nəfər yaralanıb.
Məlumata görə, bir sahibkar tərəfindən 9 dollar yardım paylanarkən izdiham yaşanıb.
Hadisə yerində təcili xidmətlər işləyir, zərərçəkənlər xəstəxanalara yerləşdirilib.
Zərərçəkənlərin sayının artacağı bildirilir.