Yəməndə yardım paylanarkən izdiham nəticəsində 80 nəfər həlak olub

05:27 - 20 Aprel 2023 - DÜNYA

Yəmənin paytaxtı Sənada ehtiyacı olanlara yardım etmək üçün mərkəzin yaxınlığında yaranmış izdiham nəticəsində 80-ə yaxın insan ölüb

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 200 nəfər yaralanıb. 

Məlumata görə, bir sahibkar tərəfindən 9 dollar yardım paylanarkən izdiham yaşanıb.

Hadisə yerində təcili xidmətlər işləyir, zərərçəkənlər xəstəxanalara yerləşdirilib.

Zərərçəkənlərin sayının artacağı bildirilir.

Xəbər xətti