Model və iş qadını Keyli Cenner cərrahi müdaxilələrdən danışıb.
Ucnoqta.az xəbər verir ki, o, Homme Girls-ə verdiyi müsahibədə şəxsi hekayələrini paylaşıb.
“İnsanlar elə bilirlər ki, üzümü dəyişmək üçün bıçağın altına girmişəm, amma bu yalandır! Üstəlik, mən özünə güvənən insanam. İnsanlar saçın, yaxşı makiyajın və dolğuların gücünü başa düşmürlər”, - Cenner bildirib.
İş qadını üz cizgilərini dəyişmək üçün ilk dəfə dolguya müraciət etdiyini vurğulayıb. Lakin o, 2018-ci ildə vurulan dodaq doldurucularını silib.