Türkiyə Akkuyu atom elektrik stansiyasının 9 bal gücündə zəlzələyə tab gətirə biləcəyini bildirir
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz TRT telekanalına müsahibəsində bildirib. Fatih Dönməz qeyd edib ki, stansiyaya ilk nüvə yanacağı aprelin 27-də gətiriləcək.
Nazir bildirib ki, Türkiyənin cənubunda Rosatom tərəfindən tikilən Akkuyu atom elektrik stansiyası 9 bal gücündə zəlzələyə tab gətirəcək.
"Akkuyu AES-in tikintisini başa çatdırmaq üzrəyik. İlk nüvə yanacağı stansiyaya aprelin 27-də təhvil veriləcək. Layihə 9 bal gücündə zəlzələyə tab gətirəcək şəkildə tikilib. Amma seysmoloji xəritəyə baxsanız, Akkuyu AES-in yaxınlığında yer qabığının qırılma xətlərinin olmadığını görəcəksiniz”, - o vurğulayıb.