II Yelizavetanın rəfiqəsi III Çarlzın tacqoyma mərasiminə dəvət edilməyib

20:28 - 19 Aprel 2023 - DÜNYA

1947-ci ildə II Yelizavetanın toyunda gəlin kimi iştirak edən ledi Pamela Hiks Vestminster abbatlığında III Çarlzın tacqoyma mərasiminə dəvət edilməyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

94 yaşlı ledi Pamela Hiksə tacqoyma mərasimində iştirak etmək hüququndan məhrum edilib. Ona Bukinhem sarayından zəng gəlib və tacqoyma mərasiminə dəvət olunmadığını bildiriblər.

Qeyd olunur ki, kraliça II Yelizavetanın dəfn mərasimində xanım Pamela Hiks iştirak edib.

Xəbər xətti