Almaniya Ukraynaya ölkənin bərpası üçün 111 milyon avro ayıracaq
Ucnoqta.az xəbər verir ki, bu barədə İnkişaf üzrə dövlət katibi Yoxen Flasbart deyib. Onun sözlərinə görə, vəsait ilk növbədə miqrantların mənzillə təmin olunmasına, uşaq bağçalarının, məktəblərin və xəstəxanaların təmiri və təchizatına sərf olunacaq.
"Biz Ukrayna xalqına göstərmək istəyirik ki, biz həmrəyliklə onların yanında olmağa davam edəcəyik. Və biz əmin olmalıyıq ki, bizim qısamüddətli dəstəyimiz uzunmüddətli bərpaya uyğun olsun".