Tunisdə miqrantların olduğu qayıq qəzaya uğrayıb - 15 nəfər itkin düşüb

15:18 - 19 Aprel 2023 - DÜNYA

Tunisdə miqrantların olduğu qayığın qəzaya uğraması nəticəsində 15 nəfər itkin düşüb

Ucnoqta.az Agence France-Presse-ə istinadən xəbər verir ki, gəmidə ən azı 19 nəfər olub. Məlumata görə, ən azı 19 miqrantı daşıyan gəmi bazar ertəsindən çərşənbə axşamına keçən gecə Tunisin şərq sahillərində qəzaya uğrayıb. Dörd nəfər xilas edilib, qalanlarının axtarışları davam edir.

Bütün miqrantların Tunisdən olduğu bildirilir.

Xəbər xətti