Qarabağla bağlı üçtərəfli razılaşmaların həyata keçirilməsi vacibdir - Peskov

14:37 - 19 Aprel 2023 - DÜNYA

Rusiya Federasiyası Ermənistan və Azərbaycanın Qarabağda gərginliyin azalmasına gətirib çıxara biləcək istənilən addımını alqışlamağa hazırdır.

Ucnoqta.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Peskov qeyd edib ki, Rusiya Federasiyası, Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ üzrə üçtərəfli sazişləri vəziyyətin həlli üçün yeganə real əsasdır, onların həyata keçirilməsi zəruridir.

Kreml sözçüsünə görə, üçtərəfli sazişlər nizamlanma üçün yeganə real, real əsasdır. “Ona görə də biz bütün müddəaların icrası yolunda irəliləyişi mübahisəsiz və hamı üçün zəruri hesab edirik”, - deyə o, vurğulayıb.

Xəbər xətti