İsrail PUA-sı Suriyada qəzaya uğrayıb

13:02 - 19 Aprel 2023 - DÜNYA

Suriyada İsrail Müdafiə Qüvvələrinə məxsus pilotsuz təyyarə qəzaya uğrayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti Twitter səhifəsində məlumat yayıb.

Məlumata görə, Sky Rider pilotsuz uçan aparatı Suriyada adi əməliyyatlar zamanı qəzaya uğrayıb. Məlumatın sızması riskinin olmadığı, hadisənin araşdırılacağı bildirilir.

Xəbər xətti