Alek Bolduinin iştirakı ilə "Rust" filminin çəkilişləri davam etdiriləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb
Bolduin baş rolu oynamağa davam edəcək, çəkiliş zamanı yaralanan Coel Sos isə rejissorluq vəzifəsinə qayıdacaq.
Xatırladaq ki, 2021-ci ilin payızında filmin çəkiliş meydançasında aktyorun dolu tapançadan atəş açması operator Qalina Hatçinsin ölümünə səbəb olub.
Filmin çəkilişlərinin başa çatdırılması Bolduin və mərhum operatorun əri Metyu Hatçins arasında razılaşmanın bir hissəsidir. Müqaviləyə əsasən, Hatçins filmdə icraçı prodüser kimi çıxış edəcək.