ABŞ-ın İllinoys ştatında sulfat turşusu ilə dolu qatar relsdən çıxıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə axşamı yerli "The Edwardsville Intelligencer" qəzeti yazıb.
Məlumata görə, maddəni daşıyan 3 vaqon aşıb. Hadisə zamanı turşu sızması olmayıb və xəsarət alan olmayıb. Qəzanın səbəbləri hələ müəyyən edilməyib.
Bu, ərazidə baş verən ilk belə hadisə deyil. 2021-ci ildə Vud çayında dəmir yolu qəzası nəticəsində dörd tanker sulfat turşusu aşıb, təhlükəli maddənin sızmasının nəticələri bir neçə gün ərzində aradan qaldırılıb.