Ukrayna Belarusdakı səfirini geri çağırır

05:44 - 19 Aprel 2023 - DÜNYA

Lukaşenko və Puşilinin Minskdə görüşündən sonra Ukrayna Belarusdakı səfirini geri çağırıb

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb. Məlumata görə, Ukrayna Xarici İşlər Nazirliyi bir gün əvvəl Minskdə Belarus prezidenti Aleksandr Lukaşenko ilə tanınmamış Donetsk Xalq Respublikasının rəhbəri vəzifəsini icra edən Denis Puşilin arasında keçirilən görüşdən sonra Belarusdakı səfiri İqor Kizimi məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib.

Ukrayna Xarici İşlər Nazirliyi Lukaşenko ilə Puşilin arasında aparılan danışıqları “açıq-aşkar qeyri-dost hərəkət” adlandırıb.

Xəbər xətti