Sudandakı döyüşlər zamanı 270 nəfər həlak olub, 2,6 min nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə aprelin 18-də Cenevrədə keçirilən brifinqdə ÜST-nin rəhbəri Tedros Adhanom Qebreyesus Sudanın Səhiyyə Nazirliyinin məlumatlarına istinadən məlumat verib.
O, həmçinin əlavə edib ki, ölkədəki tibb müəssisələrinin bir çoxu talan edilib, digərləri isə hərbçilər tərəfindən istifadə olunur.
Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri bütün tərəfləri beynəlxalq hüquqa hörmətlə yanaşmağa, xüsusilə minlərlə mülki şəxsin köməyə ehtiyacı olduğu zaman həkimlərə və tibb müəssisələrinə hücum etməməyə çağırıb.
Xatırladaq ki, aprelin 15-də Sudanda ölkə ordusu ilə xüsusi təyinatlı qüvvələr arasında silahlı qarşıdurma başlayıb.