KXDR ilk kəşfiyyat peykinin buraxılması üçün hazırlıqlara başlayır

04:26 - 19 Aprel 2023 - DÜNYA

Şimali Koreya lideri Kim Çen In Pxenyanın məlumat toplama imkanlarını artırmalı olan Şimali Koreyanın ilk kəşfiyyat peykinin orbitə çıxarılmasına hazırlıq barədə göstəriş verib. 

Ucnoqta.az xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

 Kim Çen In Kosmik Tədqiqatlar üzrə Dövlət Administrasiyasına səfəri zamanı müvafiq göstərişlər verib.

O xatırladıb ki, ölkənin müdafiə qabiliyyətini gücləndirmək üçün düşmən qüvvələrinin hərbi planlarına və hərəkətlərinə daim nəzarət etmək üçün kosmik kəşfiyyat imkanlarına malik olmaq ən mühüm vəzifə kimi qarşıya qoyulub.
Onun sözlərinə görə, ABŞ və Cənubi Koreya Koreya yarımadasında və qonşu regionlarda müxtəlif hərbi texnika, o cümlədən nüvə aviadaşıyıcıları və strateji nüvə bombardmançıları yerləşdirdiyi üçün KXDR-in təhlükəsizliyini təhdid etməkdə davam edir.

Şimali Koreya 2022-ci ilin sonunda Sohe raket sınaq poliqonunda sınaqlar keçirib. Onların gedişində göyərtəsində sınaq aparatı olan reaktiv daşıyıcı təxminən 500 km yüksəkliyə buraxılıb.

Xəbər xətti