Rusiyanın xarici işlər naziri Sergey Lavrov çərşənbə axşamı Karakasa səfər edib.
Ucnoqta.az xəbər verir ki, o, ötən gün başlayan Latın Amerikası turu çərçivəsində Braziliyadan Venesuelanın paytaxtına uçub.
Karakasda Lavrovun venesuelalı həmkarı İvan Gil Pinto, respublikanın vitse-prezidenti Delsi Rodriges ilə danışıqlar aparması planlaşdırılır. Bundan əlavə, naziri Venesuela prezidenti Nikolas Maduro qəbul edəcək.