Sudan ordusunun döyüş təyyarələri Xartumun mərkəzində xüsusi təyinatlıların mövqelərinə zərbələr endirib
Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Ordu mənbələrinin məlumatına görə, “ordu döyüş təyyarələri Sudan paytaxtının mərkəzi hissəsində yerləşən prezident iqamətgahı Respublika Sarayının yaxınlığındakı xüsusi təyinatlıların mövqelərini bombalayıb. Hava hücumu nəticəsində mümkün dağıntılar və ya itkilər barədə məlumat verilməyib.