Çin 2035-ci ilə qədər 1500 nüvə başlığına sahib olacaq - Stoltenberq

20:50 - 18 Aprel 2023 - DÜNYA

Çinin 2035-ci ilə qədər 1500 nüvə başlığına sahib olacağı gözlənilir.

Ucnoqta.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Vaşinqtonda keçirilən illik silahlanmaya nəzarət konfransında deyib.

“Uzunmüddətli perspektivdə biz öz yanaşmamızı daha təhlükəli və rəqabətli dünyaya yenidən baxmalı və uyğunlaşdırmalıyıq. Bu isə 2035-ci ilə qədər 1500 döyüş başlığına sahib olacağı gözlənilən Çinlə əlaqəni nəzərdə tutur”, - Stoltenberq bildirib.

O qeyd edib ki, ÇXR qlobal güc olmaqla qlobal məsuliyyət daşıyır və o, silahlara nəzarət sazişlərində şəffaflığın və təhlükəsizliyin artırılmasından faydalanır.

Xəbər xətti