İspaniyada 7 tona yaxın narkotik vasitə aşkarlanıb

13:01 - 18 Aprel 2023 - DÜNYA

İspaniyanın hüquq-mühafizə orqanları Fransa, Portuqaliya və Böyük Britaniyanın hakimiyyət orqanları ilə birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə əməliyyatı zamanı 50 nəfəri saxlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Pireney Krallığının Mülki Qvardiyasının yaydığı press-relizdə deyilir.

Məlumata görə, təhlükəsizlik qüvvələri 4,8 ton həşiş və 2 tona yaxın kokain müsadirə edib. İstintaq ötən il İspaniyanın hüquq-mühafizə orqanları narkotik alveri ilə məşğul olan və liderləri ölkədə olan cinayətkar təşkilatın mövcudluğundan xəbər tutduqdan sonra başlayıb.

Əməliyyat bir neçə mərhələdə həyata keçirilib.

Xəbər xətti