İranda Ukrayna təyyarəsini vuran hərbçiyə hökm oxundu

11:25 - 18 Aprel 2023 - DÜNYA

İranda 2020-ci ilin yanvarında vurulan Ukrayna təyyarəsi ilə bağlı məhkəmə prosesi başa çatıb

Ucnoqta.az İran mətbuatına istinadən xəbər verir ki, Tor M-1 hava hücumundan müdafiə sisteminin komandiri 13 il, iş üzrə digər 9 müttəhim 1,5-3 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ekipaj komandiri təyyarəni raketlə səhv salıb və lazımi icazə almadan təyyarəyə 2 raket atıb. Tərəflər 20 gün ərzində qərardan apellyasiya şikayəti verə bilərlər.

Xəbər xətti