Rusiyada aviasiya kerosini daşıyan qatar relsdən çıxıb

11:00 - 18 Aprel 2023 - DÜNYA

Rusiyanın Sankt-Peterburq şəhərində yük qatarının bir neçə vaqonu relsdən çıxıb. Aviasiya kerosini olan iki çən aşıb.

Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Nevski estakadasında baş verib. 

Hazırda ərazidə yanğınsöndürmə briqadaları fəaliyyət göstərir.

Hadisənin səbəbləri araşdırılır.

Xəbər xətti