ABŞ pilotsuz təyyarəsinin Qara dənizə düşməsi faktı ilə bağlı qətnaməni təsdiqləyib
Ucnoqta.az xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Amerikanın MQ-9 pilotsuz təyyarəsinin Qara dənizə düşməsi ilə bağlı Rusiya Federasiyasını qınayan qətnaməni təsdiqləyib.
Qətnamə yekdilliklə qəbul edilib, 410 konqresmen onun lehinə səs verib. Sənədin müəllifləri respublikaçı Brandon Uilliams və demokrat Cim Kostedir.
Qətnamənin mətnində Rusiya hərbçilərinə aid edilən “ehtiyatsız hərəkətlər” pislənilir və Birləşmiş Ştatların Qara dənizin beynəlxalq hava məkanında öz pilotsuz təyyarələrinin istifadəsindən imtina etmək niyyətində olmadığı vurğulanır.