Fransalı etirazçılar Lionda polis əməkdaşlarına fişənglər atıblar.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, etirazçılar həmçinin yerli polis idarəsini yandırıblar.
Paris, Strasburq və ölkənin digər iri şəhərlərində də iğtişaşlar var. Bu dəfə Makronun televiziya çıxışından sonra insanlar küçələrə axışıb. Makron çıxışında pensiya yaşının artırılması ilə bağlı səsvermədən qəbul edilən qanunu əsaslandırıb.
Emmanuel Makron Fransa vətəndaşlarına müraciətində bildirib ki, minimum pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan pensiya islahatı haqqında qanun bu ilin payızında qüvvəyə minəcək.