SpaceX Starşip sınaqlarını təxirə salıb
Ucnoqta.az xəbər verir ki, bu barədə təşkilatın “Twitter” hesabında məlumat verilib. Bildirilir ki, SpaceX aprelin 20-də Starship raketini sınaqdan keçirmək üçün yeni cəhd etməyi planlaşdırdığını açıqlayıb.
Amerikalı sahibkar, Tesla şirkətinin rəhbəri və SpaceX-in qurucusu İlon Mask Starşip kosmik gəmisinin ilk sınaq buraxılışının 17 aprel bazar ertəsi günü baş tutacağını açıqlasa da, o, təxirə salınıb.