ABŞ müdafiə naziri Lloyd Ostin Böyük Britaniyanın müdafiə naziri Ben Uolles ilə Pentaqonda görüş keçirib
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, tərəflər Ukraynaya yardım ətrafında vəziyyəti və AUKUS hərbi alyansı (Avstraliya, Böyük Britaniya və ABŞ) ilə bağlı məsələləri müzakirə ediblər.
Ostin və Uolles həmçinin “üçtərəfli AUKUS sazişi və dəniz nüvə enerjisi sahəsində tarixi presedent yaratmaq imkanını” müzakirə ediblər, həmçinin “nüvə silahının yayılmaması üçün ən yüksək standartları” müəyyən ediblər.