Rusiya Qara dənizdə Ukrayna taxılı olan 50 gəmini bloklayıb

22:21 - 17 Aprel 2023 - DÜNYA

Qara dənizdə Ukraynadan taxıl ixrac edən 50 gəmi bloklanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel bildirib.

Ukraynanın İnfrastruktur Nazirliyi izah edib ki, aprelin 17-də Rusiya tərəfi yenidən Türkiyə ərazi sularında gəmilərin yoxlanılmasına mane olub.

Aprelin 10-da Rusiya tərəfi İstanbuldakı müştərək koordinasiya mərkəzində yoxlama planının formalaşdırılması üçün Ukrayna limanlarını təmsil edən gəmilərin qeydiyyatını birtərəfli qaydada dayandırıb.

Xəbər xətti