Böyük Britaniya parlamenti maliyyə maraqları bəyannaməsi ilə bağlı baş nazir Rişi Sunakla bağlı araşdırmaya başladığını açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, Bu barədə Sky News parlamentin mətbuat xidmətinə istinadən xəbər verir.
Qeyd olunur ki, bütün Böyük Britaniya parlamentariləri alınan bütün hədiyyələri, töhfələri və ianələri maraqlar reyestrində qeydiyyatdan keçirməlidirlər.
Parlamentin saytında Sunakla bağlı araşdırmaya aprelin 13-də başlanıldığı bildirilir.
Britaniya baş nazirinin ofisi bildirib ki, parlamentin araşdırması Sunakın həyat yoldaşının uşaq baxımı ilə bağlı olan təşkilatdakı payına aiddir. Onlar bəyannamənin şəffaflığını sübut etmək üçün onun həllinə kömək edəcəklərini vəd ediblər.