ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson İrəvana gəlib
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Amerika səfirliyi məlumat yayıb. Məlumata görə, aprelin 17-18-də o, baş nazir Nikol Paşinyan da daxil olmaqla Ermənistan rəhbərliyi ilə görüşəcək, ikitərəfli əməkdaşlıq məsələlərini, həmçinin ABŞ-ın Ermənistan və Azərbaycan arasında diplomatik danışıqlara yardımını müzakirə edəcək.