Lavrov Braziliyaya gedib

16:06 - 17 Aprel 2023 - DÜNYA

Xarici işlər naziri Sergey Lavrov Braziliyaya rəsmi səfərə gəlib.

Ucnoqta.az xəbər verir ki, Braziliya Lavrovun Latın Amerikası turnesinin ilk ölkəsi olub. Rusiya diplomatik departamentinin rəsmi nümayəndəsinin sözlərinə görə, xarici işlər naziri Braziliyaya yerli vaxtla səhər saat 7-də gəlib.

“İzvestiya”nın müxbiri Viktor Sineok bildirib ki, Lavrovun Moskvadan Braziliyaya gedən yolu 20 saatdan çox çəkib.

 

Xəbər xətti