Ukraynanın müdafiə naziri Aleksiy Reznikov Ukraynanın müharibədəki itkilərini Türkiyədəki zəlzələ qurbanlarının sayı ilə müqayisə etdiyi üçün üzr istəyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri “Twitter” səhifəsində yazıb:
“İspaniyanın “La Razon” qəzetinə verdiyi müsahibədə şərhlərimdən inciyən Ukrayna və ya Türkiyədə hər kəsdən səmimi qəlbdən üzr istəyirəm.
Ukraynalılar türk xalqına rəğbət bəsləyirlər. Minlərlə günahsız insanı - dostları, qonşuları dəfn etməyin nə olduğunu başa düşürük.
Mən türk dostlarımıza Rusiya işğalının başlanğıcından bəri Krımla bağlı sarsılmaz dəstəyə və qəti mövqeyə görə minnətdaram”.