Fransanın cənubunda meşə yanğını yaşayış binalarına yaxınlaşır
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, yanğın artıq min hektar ərazini məhv edib. Eyni zamanda, bölgənin ötən ildən əziyyət çəkdiyi güclü külək və quraqlıq səbəbindən alov sürətlə alovlanmaqda davam edir.
300-ə yaxın yerli sakin təcili təxliyə edilməli olub. Yanğınsöndürənlər havadan alovu lokallaşdırmağa çalışırlar, dörd yanğınsöndürən təyyarə cəlb olunub.