Slovakiya MiQ-29 qırıcılarının Ukraynaya təhvil verilməsini başa çatdırıb. Vəd edilən 13 təyyarənin hamısı artıq Ukraynadadır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Slovakiya Müdafiə Nazirliyi məlumat yayıb. Slovakiya Müdafiə Nazirliyinin rəhbəri Yaroslav Naqinin sözlərinə görə, MiQ-29 təyyarələri Rusiya təcavüzünə qarşı mübarizədə Ukraynaya əhəmiyyətli dəstəkdir.
"Bundan başqa, qonşumuzdan fərqli olaraq, bu təyyarələr bizim üçün yararsız idi. Biz düzgün iş görürük", - nazir deyib.