G7 xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların saxlanması barədə razılığa gəliblər

10:21 - 17 Aprel 2023 - DÜNYA

Böyük yeddilik (G7) ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı tətbiq edilən sanksiyalara əməl olunmasına nəzarəti gücləndirmək barədə razılığa gəliblər.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, G7-nin departament rəhbərlərinin görüşü çərçivəsində sessiya Yaponiyanın Naqano prefekturasının Karuizava şəhərində keçirilib.

“G7” Rusiyaya qarşı sərt sanksiyaları davam etdirəcəyini razılaşıblar.

Onlar həmçinin “sanksiyadan yayınma və üçüncü ölkələr tərəfindən Rusiyaya silah tədarükünün qarşısının alınması” ilə mübarizə üçün əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər və bir daha Ukraynaya “güclü dəstək” verməyə davam etməkdə qərarlı olduqlarına əmin olublar.

G7 xarici işlər nazirlərinin görüşü aprelin 16-18-də keçirilir.

Xəbər xətti