Banqladeşdə iki qatarın toqquşması nəticəsində 30 nəfər xəsarət alıb

10:16 - 17 Aprel 2023 - DÜNYA

Banqladeşdə sərnişin və yük qatarının toqquşması nəticəsində azı 30 nəfər xəsarət alıb.

Ucnoqta.az The Daily Star-a istinadən bildirir ki, qəza paytaxtın 96 km şərqində, Comilla bölgəsində baş verib.

Qeyd olunur ki, sərnişin ekspressi saatda 70 kilometr sürətlə hərəkət edərkən yük qatarına çırpılıb. Toqquşma nəticəsində beş vaqon relsdən çıxıb.

Zərərçəkənlərdən 5-i ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, toqquşma stansiyada siqnalizasiya sisteminin nasazlığı və dəmir yolunda işçilərin səhvi nəticəsində baş verib.

Xəbər xətti